İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ şirkəti Vensuelaya 50-dən çox neft qazma qurğusu göndərir

Tramp administrasiyası tərəfindən dəstəklənən neft şirkəti North American Blue Energy Partners (NABEP) hasilatı kəskin şəkildə artırmaq üçün Venesuelaya 50-dən çox qazma qurğusu göndərməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal qəzeti daxili şirkət sənədlərinə istinadən yayıb. Bildirilir ki, şirkətə venesuelalı iş adamı Alejandro Betankur rəhbərlik edir. NABEP artıq Venesuelada ikinci ən böyük operatordur. Layihəni həyata keçirmək üçün NABEP Amerika podratçıları Helmerich & Payne, Precision Drilling və Patterson-UTI Energy-dən 23 qazma qurğusu alıb, təxminən 30 quyu təmiri qurğusu almağı planlaşdırır.

Şirkət sübut olunmuş ehtiyatları olan 17 Venesuela yatağını işləyəcək. Bu, təxminən 65 milyard barel - ölkənin ümumi ehtiyatlarının təxminən beşdə biri deməkdir. Tramp əvvəllər bildirmişdi ki, yeni müqaviləyə əsasən, ABŞ-a Venesuela neftinin idxalı yaxın iki-üç il ərzində və ya daha tez başlaya bilər. Dövlət katibi Marko Rubio ABŞ-ın Venesuelaya potensial investisiyasını 100 milyard dollar olaraq qiymətləndirib.

Wall Street Journal-ın məlumatına görə, Tramp İranla qlobal enerji təchizatını məhdudlaşdıran münaqişənin nəticələrinə görə müqaviləni tələsik bağlayıb. Ağ Ev Qərb yarımkürəsində uzunmüddətli neft mənbəyinin əldə edilməsini elan etmək və noyabr ayında keçiriləcək aralıq konqres seçkilərindən əvvəl siyasi üstünlük əldə etmək istəyirdi.
NABEP-ə Karakasda uzunmüddətli siyasi əlaqələri olan Venesuela neft treyderi Alejandro Betankur nəzarət edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR