Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.
AYNA-dan Musavat.com-a verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və "Qara Qarayev" stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.
Bildirilib ki, avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Gedişhaqqı 0,50 AZN müəyyən edilib.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ