Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Uşaqlar Birliyinin sığınacağında toy olub.
Musavat.com xəbər verir ki, sığınacağın gənc üzvü olan Səbinə adlı xanım sığınacaqdan olan Hüseyn adlı oğlanla ailə həyatı qurub. Gəncləri müxtəlif insanlar təbrik edib. Onlardan biri də məşhur bloger Hüseyn Həsənovdur. Bloger toy münasibəti ilə gənc ailəyə avtomobil hədiyyə edib. Sürpriz hədiyyə toy iştirakçıları tərəfindən böyük sevinclə qarşılanıb və mərasimin ən yaddaqalan anlarından biri olub.
Xatırladaq ki, bundan əvvəl də sığınacaqda böyüyən Səma adlı gənc qız həmin müəssisədə çalışan Rüfət adlı gənclə ailə həyatı qurmuşdu. Hazırda onların bir oğul övladı var.
Şahanə Rəhimli
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ