Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində ölkənin təhlükəsizlik gündəmi ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, dövlət başçısı USQ-nin fəaliyyəti ilə bağlı təqdim olunan hesabatdan sonra yeni hərbi əməliyyatların icrasını razılaşdırdığını bildirib.
Zelenskinin sözlərinə görə, USQ üzrə hesabatı general-mayor Xmara təqdim edib və görülən işlərin nəticələri müsbət qiymətləndirilib. Prezident bu əsasda Xidmətin fəaliyyətinin yeni mərhələyə keçməsi ilə bağlı qərar qəbul edib.
“Bu gün general-mayor Xmara USQ əməliyyatları ilə bağlı məruzə etdi. Yaxşı nəticələr var. Mən Xidmətin yeni işini — yeni hərbi əməliyyatları razılaşdırdım”, – deyə Zelenski vurğulayıb.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ