Onlayn ictimai-siyasi qəzet
Məşhur komediya aktyoru Cem Yılmaz imicini dəyişib.
Musavat.com xəbər verir ki, 53 yaşlı aktyorun yeni görünüşündə xüsusilə saç və saqqalındakı dəyişiklik diqqət çəkib.
Məlumata görə, Yılmazın imicini dəyişməsi “GORA 4 GORA” filmi ilə bağlıdır.
İllər ərzində müxtəlif saç və saqqal stilləri ilə tamaşaçıların qarşısına çıxan Cem Yılmazın bu dəfə seçdiyi görünüş əvvəlki imicindən xeyli fərqlənib. Yılmazın yeni görüntüsündə yalnız saç və saqqalındakı dəyişiklik deyil, fiziki görünüşü də diqqətdən yayınmayıb. Bəzi sosial media istifadəçiləri məşhur aktyorun çəki aldığını bildiriblər.
Onun son görüntüləri sosial mediada müxtəlif reaksiyalarla qarşılanıb. Yeni tərzini bəyənənlərlə yanaşı, Yılmazın əvvəlki görünüşünə qayıtmasını istəyənlər də olub.
Sosial media istifadəçiləri arasında “Bir az arıqlamalıdır”, “Heç yaraşmayıb” və “Tezliklə əvvəlki halına qayıtsın” kimi fikirlər səsləndirilib.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ