Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqsetin 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək imkanlarını dəyərləndirdiyi barədə məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, "NBC News" telekanalı öz mənbələrinə istinadən Pentaqon rəhbərinin və həyat yoldaşı Cenniferin bir neçə aydır ki, yaxın ətrafı ilə prezidentlik poygasında iştirak etmək variantını müzakirə etdiyini iddia edib.
Lakin Pit Heqset yayılan bu məlumatlara dərhal kəskin reaksiya verərək xəbəri "100% yalan" adlandırıb və anonim mənbələrə istinad edən KİV-ləri böhtan atmaqda ittiham edib.
Nazir hazırda yeganə və əsas vəzifəsinin hərbi idarəyə rəhbərlik etmək və onun fəaliyyətini təmin etməkdən ibarət olduğunu vurğulayıb.
Pentaqonun rəsmi nümayəndələri də məsələyə müdaxilə edərək nazirin prezidentlik yarışına qoşulmaq niyyətində olmadığını və bütün bu söhbətlərin əsassız şayiələrdən ibarət olduğunu bəyan ediblər.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ