İnsanlara hürriyət, millətlərə istiqlal!

Fars körfəzində böhran: İran xarici ticarəti Xəzər dənizinə keçirməyi planlaşdırır

İran rəhbərliyi Hörmüz boğazında və cənub dəniz marşrutlarında yaranan ciddi problemlər fonunda ölkənin şimal hissəsi və Xəzər dənizi vasitəsilə yükdaşımaları kəskin artırmağı nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Tehranın masasında olan əsas variantlardan biri "Xəzər ekspressi" adlandırılan logistik dəhlizin tam gücü ilə işə salınmasıdır. Bu layihə İranın şimal limanları vasitəsilə Rusiya ilə birbaşa dəniz əlaqəsi yaratmağı və oradan çıxışla geniş Avrasiya nəqliyyat şəbəkəsinə inteqrasiya olunmağı nəzərdə tutur.

Mütəxəssislərin fikrincə, cənub dəniz yollarındakı risklərdən sığortalanmaq istəyən Tehran Xəzər dənizini həm xarici ticarət dövriyyəsini saxlamaq, həm də regional iqtisadi təhlükəsizliyi təmin etmək üçün ən etibarlı alternativ hesab edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR