İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı turistlər Türkiyədə elə bir addım atdılar ki… Bu görüntüləri gündəm oldu - VİDEO

Türkiyənin Şərqi Anadolu bölgəsinin turizm mərkəzlərindən olan Van iranlı ziyarətçilərin artan marağı sayəsində hərəkətli günlər yaşayır.

Musavat.com bildirir ki, Kapıköy sərhəd qapısındakı sıxlıq şəhər mərkəzindəki hotellərdən alış-veriş mərkəzlərinə qədər bir çox sahədə özünü göstərir.

Hotellərdə doluluq səviyyəsi yüksək həddə çatıb. İranlı turistlərin xüsusilə alış-veriş və əyləncə sektoruna verdiyi töhfə diqqət çəkir.

Məlumata əsasən, geyim və restoranlardan tutmuş suvenir mağazaları və yerləşmə obyektlərinədək bir çox sahədə müşahidə olunan canlanma şəhər iqtisadiyyatına ciddi dəstək verib. Vanlı sahibkarlar iranlı turistlərin gəlişi ilə iş həcmlərinin əhəmiyyətli dərəcədə artdığını bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR