İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ukraynaya DƏHŞƏTLİ ZƏRBƏ - Çox sayda ÖLƏN VAR

Rusiyanın Kiyev vilayətinin Buçansk rayonunda silah-sursat anbarına PUA-larla hücum etdiyi bildirilir. Partlayışdan sonra ətrafdakı yaşayış binaları və qocalar evi zərər görüb.

Musavat.com xəbər verir ki, ilkin məlumata görə, detonasiya nəticəsində 27 nəfər həyatını itirib, 42 nəfər yaralanıb.

Ölənlərin 20-dən çoxunun qocalar evinin sakinləri olduğu bildirilir. Partlayışın gücü ətraf ərazilərdə ciddi dağıntılara səbəb olub.

Ukrayna Prezidenti Vladimir Zelenski sursat anbarının yaşayış zonasında yerləşdirilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılacağını bildirib.

Zelenski hadisənin bütün təfərrüatlarının araşdırılacağını və məsul şəxslərin qanun qarşısında cavab verəcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR