Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda bir sıra tenderlərin qalibi olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulub.
Buna səbəb onun dövlət büdcəsinə olan vergi borcları ilə bağlıdır.
Məlumata əsasən, İnternational Supply And Constructıon Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsi və DSMF-yə ümumilikdə 23 min 837 manat vergi borcu yaranıb. Bu il yaranan sözügedən borclarla bağlı dəfələrlə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şirkətə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.
Nəticədə idarə Bakı Kommersiya Məhkəməsində İnternational Supply And Constructıon MMC-nin rəhbəri, 41 yaşlı İ.Rəhimovun ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması barədə iddia qaldırıb.
Məhkəmə iddianı təmin edib və şirkət tərəfindən qeyd olunan borcun ödənilməsi tam yerinə yetirilənədək İ.Rəhimovun ölkədən çıxışına məhdudiyyət qoyulub./lent.az
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ