İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı əsirlərə işgəncə verən polkovnikin avtomobili PARTLADILDI - VİDEO

Avqustun 29-na keçən gecə Donetskdə Olenovka həbsxanasının (11 saylı islah koloniyası) rəisinin birinci müavini, daxili xidmət polkovniki Dmitri Neyelovun avtomobili partladılıb.

Musavat.com xəbər verir ki, bu barədə "İncidentia.ru" məlumat yayıb.

Qeyd edək ki, sözügedən müəssisədə ukraynalı hərbi əsirlər saxlanılırdı.

Hadisə şəhərin Budyonnovsk rayonunda baş verib.

Nəqliyyat vasitəsi 2026-cı ilin yayında Aİ Şurası tərəfindən sanksiya siyahısına daxil edilmiş Dmitri Neyelova məxsus olub. Aİ Şurasının qərarında onun "2022-ci il iyulun 28-dən 29-na keçən gecə Rusiyanın zərbəsindən sonra Olenovkada ukraynalı məbusların kütləvi qətlinə görə birbaşa məsuliyyət daşıdığı və yaralıların təxliyəsini qəsdən gecikdirdiyi" bildirilirdi.

Partlayışın təfərrüatları və Neyelovun hazırkı səhhəti barədə hələlik dəqiq məlumat verilmir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR