Onlayn ictimai-siyasi qəzet
Moskvada bir qadın həkimlərə çatmağa macal tapmayaraq uşağını elə liftdə doğub.
Musavat.com REN TV-yə istinadən xəbər verir ki, bu barədə avqustun 29-da N.V. Sklifosovski adına Təcili Yardım Elmi-Tədqiqat İnstitutunun "Telegram" kanalı məlumat yayıb.
"Çağırışa gələn təcili tibbi yardım heyəti doğuşu elə hadisə yerində qəbul edib. Dünyaya möcüzəvi bir qız uşağı gəlib", - deyə nəşrin paylaşımında bildirilir.
Məlumata görə, bu, ailənin dördüncü övladıdır. Sklifosovski mərkəzində ginekoloqlar göbək ciftini kəsib, anadan qan analizləri götürüb və yenidoğulmuş körpənin səhhətini qiymətləndiriblər. Daha sonra onlar doğum evinə göndərilib və üç gündən sonra evə buraxılıblar.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ