İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün xəbəri – erməni kosmonavt göyə uçacaq, əgər...

Yer üzündə gördükləri hər şeyə iddia etməyə öyrəşənlər, birdən kosmosa da “tarixi torpaqlarımızdır” deməsinlər...

Ermənistan mediası Rusiya kosmik proqramında erməniəsilli kosmonavtın göyə uçacağı haqda informasiya tirajlayırlar.

Musavat.com erməni mənbələrinə istinadla xəbər verir ki, 33 yaşlı Arutyun Kivipyan Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş üçün hazırlıq mərhələsini uğurla başa vurub.

“Roskosmos” onun və həmkarı Sergey Teteriatnikovun qarşıdakı missiyaya hazırlığını rəsmən təsdiqləyib.

“Roskosmos”un məlumatına görə, kosmonavtlar Rusiya Kosmonavtların Hazırlığı Mərkəzində imtahan və sınaqlardan keçərək BKS-nin Rusiya seqmentində müstəqil fəaliyyət göstərmək üçün tələb olunan hazırlıq səviyyəsini təsdiqləyiblər.

Amma iş burasındadır ki, Kiviрyan beynəlxalq missiyada ehtiyat heyətin üzvü kimi yer alıb. “Roskosmos”un açıqlamasına əsasən, Sergey Teteriatnikov “Crev-13” missiyasının əsas heyətinə, Kiviрyan isə ehtiyat heyətə daxil edilib. Bu isə o deməkdir ki, əsas heyətin üzvlərindən hər hansı birinin uçuşdan əvvəl missiyada iştirak edə bilməməsi halında Kiviрyan onun yerini tutmağa tam hazır olmalıdır.

Arutyun Kiviрyan 23 avqust 1993-cü ildə Rusiyanın Maykop şəhərində anadan olub. 2015-ci ildə D.F. Ustinov adına Baltik Dövlət Texniki Universitetinin bitirib. “Raketqayırma” ixtisası üzrə mühəndis kvalifikasiyası alan Kiviрyan universitetdə təhsil aldığı dövrdə hərbi kafedrada da hazırlıq keçib.2012-2015-ci illərdə onun hərbi hazırlığı gəmi qanadlı raket komplekslərinin istismarı və təmiri istiqamətində olub. Təhsilini başa vurduqdan sonra Kiviрyana leytenant hərbi rütbəsi verilib.

Onun kosmik proqramla əlaqəsi isə daha əvvəl başlayıb. 2017-ci ildə Arutyun “SIRIUS-17” layihəsi çərçivəsində 17 sutkalıq izolyasiya eksperimentində iştirakçı olub. Belə layihələr uzunmüddətli kosmik uçuşların insan orqanizminə və psixoloji vəziyyətə təsirinin öyrənilməsi, həmçinin ekipajların ekstremal şəraitdə fəaliyyət qabiliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Beləliklə, onun mühəndislik təhsili, hərbi-texniki hazırlığı və daha əvvəlki izolyasiya proqramında iştirakı kosmik uçuş üçün yolunu açıb.


Picture background

Kiviрyanın qarşıdakı missiyasını maraqlı edən digər məqam onun ABŞ istehsalı olan “Crev- Dragon” kosmik gəmisinin ekipajında yer almasıdır. Bu, Rusiya ilə ABŞ arasında kosmik sahədə əməkdaşlığın siyasi münasibətlərdən daha uzunömürlü mexanizmlərə söykənən istiqamətlərindən biridir. 2022-ci ildə “Roskosmos” və NASA BKS-ə qarşılıqlı uçuşların bərpası barədə razılığa gəliblər.

“Çarpaz uçuşlar” proqramının mahiyyəti ondan ibarətdir ki, Rusiya kosmonavtları ABŞ-ın “Crev Dragon” gəmilərində, amerikalı astronavtlar isə Rusiyanın “Soyuz” gəmilərində BKS-ə uçurlar. Bununla hər iki tərəf ekipajların orbitə çatdırılması üçün alternativ imkanını qoruyur.Bu mexanizm xüsusilə kosmik stansiya kimi mürəkkəb və çoxmillətli sistemdə təhlükəsizlik baxımından əhəmiyyətlidir. Bir ölkənin kosmik gəmisində yaranan texniki problem digər tərəfin ekipajlarının BKS-ə çıxış imkanlarını tamamilə bloklamamalıdır.

Ermənilər axır ki, xeyirli bir işə girişiblər: kosmosa çıxmağa, orbitin sirlərini öyrənməyə cəhd edirlər. Amma bir qorxu da var: Arutyun kosmosa çıxsa, görəsən, orada da “bu bizimdir” deyib göydən pay istəməzlər ki? Yer üzündə gördükləri hər şeyə iddia etməyə öyrəşənlər, birdən kosmosa da “tarixi torpaqlarımızdır” deməsinlər...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR