İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən gənc kralı qəfil öldü – 3 yaşında taxta çıxmışdı

Uqandanın qərbində yerləşən Toro Krallığının hökmdarı Oyo Nyimba Kabamba Iguru Rukidi IV 34 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, kral avqustun 27-də, yerli vaxtla təxminən saat 22:00-da dünyasını dəyişib. Toro Krallığının Baş naziri Kalvin Armstronq Rvomiire Akiiki monarxın ölümünü rəsmən təsdiqləyib.

Ölümün səbəbi rəsmi olaraq açıqlanmayıb. Məlumata görə, Oyo son dövrlərdə səhhətində yaranmış problemlər səbəbindən ABŞ-də tibbi nəzarət altında olub.

Oyo Nyimba dünya tarixində qeyri-adi rekordla yadda qalıb. Atası Kral Patrik Devid Metyu Kaboyo Olimi III-ün ölümündən sonra o, 1995-ci il sentyabrın 12-də cəmi 3 yaşında taxta çıxıb və dünyanın ən gənc hakimiyyətdə olan monarxı kimi tanınıb. Yetkinlik yaşına çatanadək krallığın işləri regentlər vasitəsilə idarə olunub.

Uqanda respublika olduğundan Toro kralının dövlət səviyyəsində siyasi hakimiyyəti yox idi. Bununla belə, monarx yerli əhali arasında mühüm mədəni və ictimai nüfuza malik idi. Oyo hakimiyyəti dövründə gənclərin inkişafı, təhsil, ətraf mühitin qorunması və HİV/QİÇS-lə mübarizə təşəbbüslərinə dəstək verib.

Toro Krallığı kralın özündən sonra şahzadə varis qoyduğunu da açıqlayıb. Varisin kimliyi krallığın ənənə və adətlərinə uyğun olaraq daha sonra rəsmən elan ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR