İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə hava hücumu: Yaşayış binasında yanğın başladı, yaralılar var

Şənbə günü axşam saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə endirilən hava zərbələri nəticəsində azı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti (DSNS) rəsmi məlumat yayıb.  Məlumata əsasən, şəhərin Obolon rayonunda dron vurulması nəticəsində 12 mərtəbəli yaşayış binasının bir neçə mərtəbəsində güclü yanğın alovlanıb və xilasedicilər tərəfindən söndürülüb.

Podol rayonunda zərbə qeyri-yaşayış binasına dəyib, Qoloseyev rayonunda isə inzibati bina və təsərrüfat obyekti alovlara bürünüb.

Hadisə yerlərinə təcili xidmət briqadaları cəlb olunub, xəsarət alan şəxslərə dərhal ilkin tibbi yardım göstərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR