İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.

Ölkə çempionu oktyabrın 13-də, Bakıda Çexiyanın "Slaviya", 20-də Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.

Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq "bayquşlar" noyabrın 25-də Bakıda "Barselona" ilə qarşılaşacaq.

"Sabah" dekabrın 8-də İspaniyada "Vilyarreal"la münasibətlərə aydınlıq gətirəcək.

Nəhayət, bakılılar 2027-ci il, yanvarın 20-də "Napoli"ni qəbul edəcək, yanvarın 27-də İngiltərədə "Arsenal"la üz-üzə gələcək. (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR