İnsanlara hürriyət, millətlərə istiqlal!

“Blogerlər tələbəyə nə öyrədəcək?” - Universitetlərə səsləndi - VİDEO

Aparıcı Lamiyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərdə blogerlərin dəvət olunmasına münasibət bildirib.

Aparıcı bu barədə öz verilişində danışıb.

O, bloger və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını, lakin universitetlərin əsas missiyasının təhsil və maarifləndirmə olduğunu vurğulayıb:

“Bloger sənətinə hörmətim var. Bilmirəm harada dərs keçir, harada oxuyurlar. İnfluenser, bloger adları yaranıb, hörmətlə yanaşıram. Hərənin bir sənəti var.

Universitetlərə, təhsil ocaqlarına müraciət edirəm: əvvəllər tələbələrlə görüşə şairlər, yazıçılar, professorlar dəvət olunurdu. Tələbələr yığışırdı, yazıçı Anardan nəsə öyrənməyə çalışırdı.

İndi universitetdə blogerlə görüş edirlər. Blogerlər tələbəyə nə öyrədəcək?” (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR