Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Abbas Bağırov doğum günü münasibətilə sosial media hesabında paylaşım edib.
Sənətçi paylaşımında həyatında qazandığı insanların və yaşadığı gözəl anların onun üçün ən böyük dəyər olduğunu bildirib:
“Həyatımın daha bir ilini geridə qoyuram. İllər keçdikcə insan anlayır ki, ən böyük qazanc rəqəmlər deyil - yanında olan doğmalar, səmimi dostlar, qazandığın insanların sevgisi və yadda qalan gözəl anlardır.
Bu illər ərzində məni sevən, dinləyən, sənətimə dəyər verən, sevincimi mənimlə bölüşən hər kəsə ürəkdən təşəkkür edirəm. Yeni yaşıma böyük iddialarla yox, gözəl ümidlərlə girirəm. Sağlamlıq, ailəmin və sevdiklərimin xoşbəxtliyi, yeni mahnılar, yeni görüşlər və birlikdə yaşayacağımız daha çox gözəl xatirələr…
Həyat davam edir… Və mən hələ də ona eyni sevgi ilə baxıram. 29 avqust - yaxşı ki, varam, yaxşı ki, varsınız!”
Qeyd edək ki, A.Bağırov ailəlidir və 2 övladı var. (Axşam.az)
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ