İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın "sevimli əsgəri" Vaşinqtona səfir getməkdən İMTİNA ETDİ

Ukrayna Prezident Ofisinin rəhbər müavini Pavel Palisa ABŞ-da yeni səfir olmayacağını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukraine" məlumat yayıb.

"Qanunvericiliyə əsasən, mən eyni vaxtda həm hərbi, həm də diplomatik qulluqda ola bilmərəm. Eyni zamanda, hazırda hərbi xidmətdən tərxis olunmaq mənim mənəvi və həyati prinsiplərimə ziddir", - deyə agentlik onun sözlərindən sitat gətirib.

Əvvəllər Ukrayna mediası Palisanı Olqa Stefanişinanın istefasından sonra vakant qalan ABŞ-dakı səfir vəzifəsinə mümkün namizədlər arasında göstərirdi. Ukrayna mətbuatının daha əvvəl yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Palisanı Ukraynadakı "sevimli əsgəri" adlandırıb. 

Kiyev hələ də Vaşinqtondakı diplomatik missiyasının rəhbəri vəzifəsinə namizəd tapmaqda çətinlik çəkir. Bundan əvvəl keçmiş baş nazir Yuliya Sviridenko da belə bir təyinatdan imtina etmişdi. Daha sonra Rüstəm Umerovun yenidən ABŞ-a göndərilməsinə cəhd ediləcəyi barədə məlumatlar yayılsa da, media Vaşinqtonun ikinci dəfə də ona aqreman verməkdən imtina etdiyini bildirib. Həmçinin bu vəzifəyə mümkün iddiaçılar arasında keçmiş xarici işlər naziri Dmitro Kulebanın da adı çəkilirdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR