Onlayn ictimai-siyasi qəzet
Rusiya hökuməti ölkədə istehsal olunan müəyyən yanacaq növlərinin ixracına tətbiq edilən müvəqqəti qadağanın müddətini sentyabrın 30-dək uzadıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat verir.
Məhdudiyyət birbaşa istehsalçılar tərəfindən Rusiyadan kənara çıxarılan dizel və gəmi yanacağına, həmçinin qazoylara şamil edilir.
Bu tədbir daxili yanacaq bazarında sabitliyi qorumaq məqsədi daşıyır.
Məhdudiyyət 30 sentyabr 2026-cı il tarixi də daxil olmaqla qüvvədə olacaq.
Hökumətdən xatırladıblar ki, Rusiyadan yanacaq ixracına qoyulan ümumi qadağanın müddəti 31 yanvar 2027-ci ilə qədər uzadılıb. Bununla belə, dizel, gəmi yanacağı və qazoyl istehsalçıları üçün məhdudiyyətin ayrı-ayrı müddəti əvvəlcə 31 avqust 2026-cı il tarixinədək müəyyən edilmişdi.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ