Onlayn ictimai-siyasi qəzet
Belajdi Pusi ilyarımlıq aradan sonra Azərbaycana qayıda bilər.
"Neftçi"nin belə bir planı var. Paytaxt təmsilçisi albaniyalı hücumçunun xidmətində maraqlıdır.
"Ağ-qaralar" bu transfer üçün həm 28 yaşlı forvard, həm də onun müqaviləylə məxsus olduğu "Fakel" ilə əlaqə saxlayıb. Bakılılar qarşı tərəfi şərtləri ilə tanış edib.
Ruslar 2025-ci ilin fevralında "Şamaxı"dan 150 min dollar qarşılığında sıralarına qatdığı Pusini satmağa razıdır. Yetər ki, səbəbkarın özü şəxsi müqavilə şərtlərinə "hə" desin. Hazırda danışıqlar əsasən albanın özüylə gedir.
Yuri Vernidubun çalışdırdığı komanda bu yay 8 transfer əməliyyatını reallaşdırıb.
Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman ("Santa Klara", Portuqaliya), Endryu Qravilyon ("Peksara", İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya), Alen Şkribek (ZTE, Macarıstan), Draqolyub Saviç (TSC, Serbiya) və Denzel Jubitana ("Atromitos", Yunanıstan) ilə müqavilə bağlanılıb.
Pusi ölkəmizdə iki klubun formasını geyinib. 2022-ci ilin yayında "Turan Tovuz"la müqavilə bağlayan ön xətt oyunçusu 2 il sonra "Şamaxı"nın yolunu tutub. (sportinfo.az)
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ