İnsanlara hürriyət, millətlərə istiqlal!

İslandiya Avropa İttifaqı ilə bağlı tarixi qərar verir: Bu gün ölkədə referendum keçirilir

İslandiyada Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların bərpa olunması məsələsi üzrə ümumxalq referendumu keçirilir.

Musavat.com xəbər verir ki, səsvermə prosesi ölkənin Avropa inteqrasiyası istiqamətində növbəti addımlarını müəyyən etmək məqsədi daşıyır. 


Aİ-yə üzvlük üçün rəsmi müraciət 2009-cu ilin iyulunda təqdim edilsə də, 2013-cü ildə danışıqlar dondurulmuş, 2015-ci ildə isə ölkə rəhbərliyi rəsmi olaraq İsladinyanın Aİ-yə namizəd statusunda nəzərdən keçirilməməsini xahiş etmişdi.

"Maskina" şirkətinin son sorğu nəticələrinə görə, vətəndaşların 51,3%-i Brüssel ilə dialoqun bərpasını dəstəkləyir, 48,7%-i isə bunun əleyhinə çıxış edir.

İslandiya XİN-in memorandumuna əsasən, referendumda "hə" cavabı qalib gələcəyi təqdirdə rəsmi məsləhətləşmələr 2026-cı ilin sonunadək başlaya bilər və bu prosesin 18 aydan 24 ayadək davam edəcəyi gözlənilir.  

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR