İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahir Məmmədxanov ərini işdən çıxardı, özü də istefa verdi

Avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev icra başçısı Sahir Məmmədxanovun əmri ilə vəzifəsindən azad edilib.

Musavat.com Bizim.Media-ya istinadən xəbər verir ki, Eldar Hacıbalayevdən sonra onun həyat yoldaşı – Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva da vəzifəsini itirib.

Elvira Hacıbalayeva vəzifəsindən azad olunması üçün özü ərizə ilə müraciət edib.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsindən Elvira Hacıbalayevanın öz ərizəsi ilə vəzifəsindən azad olunduğu təsdiqlənib.

Məlumata görə, o, ötən gün kollektivlə vidalaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR