İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistanın açılması" və TRIPP layihəsi gündəmdə: İrəvan regional nəqliyyat planlarını müzakirə edir

Gümrü şəhərində Ermənistanın xaricdəki diplomatik xidmətinin rəhbər heyətinin Baş nazirin müavini Mqer Qriqoryan ilə işçi görüşü keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.

Görüş iştirakçıları 8 avqust 2025-ci il tarixindən etibarən "Ermənistanın açılması" istiqamətində atılan addımları, regional nəqliyyat proqramlarını, o cümlədən TRIPP layihəsinin icrasını və ticarət-iqtisadi əlaqələrin inkişafını geniş müzakirə ediblər.

Tədbir çərçivəsində Mqer Qriqoryan və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərini maraqlandıran sualları etdirərək regional kommunikasiyaların bərpası ilə bağlı rəsmi İrəvanın prioritetlərini diqqətə çatdırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR