İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazilərdə qaz olmayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Zabrat qəsəbəsində Yeni Sahənin, M. İbrahimov, Turgenev, Ş. Əzizbəyov, Aydınlıq, X. Vəliyev, Vaqif, Nizami, Vidadi, N. Nərimanov, R. Axundov, Ə. Məmmədov küçələrinin, Zərkənd və İstixana ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR