İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranın Hörmüz sahillərinə zərbələri davam etdirəcək

ABŞ prezidenti Donald Tramp və onun köməkçiləri İranın gəmilərə hücum imkanı verəcək radar və raket imkanlarını bərpa etməsinin qarşısını almaq üçün Hörmüz boğazı sahillərinə zərbələri davam etdirməyi düşünürlər.

Musavat.com xəbər verir ki, Axios bu barədə üç ABŞ rəsmisinə istinadən məlumat yayıb. Mənbələrdən biri bildirib ki, "ot biçmək adlandırılan planın məqsədi İranın neft tankerlərinə, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və Hərbi Hava Qüvvələrinin təyyarələrinə hücum riskini azaltmaqdır”.

Mənbələrə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın gəmilərə qarşı daha dəqiq zərbələr endirmək üçün texnologiyasını yenidən qurmaq cəhdlərindən narahatdır. Mənbə buna misal olaraq boğazdakı gəmiləri müşlayiət edən ABŞ F-35 qırıcı təyyarəsinə yer-hava raketinin atılmasını göstərib: "Raket təhlükə yaradacaq qədər yaxınlaşmasa da, ABŞ rəsmisi bunun İranın hərbi imkanlarını bərpa etməyə çalışdığına dair bir siqnal olduğunu bildirib".

Nəşrin məlumatına görə, CENTCOM yüksək vəzifəli şəxslərə belə bir ssenaridə ordunun vaxtaşırı İrana zərbə endirməli ola biləcəyi barədə məlumat verib. ABŞ rəsmilərinin sözlərinə görə, ABŞ müdafiə naziri Pit Heqset planı dəstəkləyib və bir neçə gün əvvəl Ağ Evə göndərib.
Mənbələr qeyd edib ki, Ağ Ev əvvəllər hücumları bərpa etməməyə meylli olub, lakin İranın İordaniyadakı Amerika bazalarına raket zərbələri "Trampın fikrini dəyişə bilər".
Ağ Ev cavab olaraq qəzetə Trampın bütün mövcud variantları həyata keçirmək seçimini saxladığını deyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR