Onlayn ictimai-siyasi qəzet
Oman sahillərində bir tankerə hücum edilib.
Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb: "UKMTO, Omanın Xasab şəhərindən 17 dəniz mili şərqdə baş verən bir hadisə ilə bağlı məlumat alıb. Hörmüz boğazından çıxan tankerə üç naməlum mərmi vurulub".
UKMTO-nun məlumatına görə, heyət təhlükəsizlikdədir və ətraf mühitə dəyən ziyan barədə heç bir məlumat yoxdur.
Gəminin adı və qeydiyyat limanı da daxil olmaqla, başqa heç bir məlumat verilməyib.
Bundan əvvəl İran tərəfi Hörmüzdən keçmək istəyən Səudiyyə Ərəbistanı tankerini saxladıqlarını açıqlamışdı.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ