İnsanlara hürriyət, millətlərə istiqlal!

Roza Zərgərli prezidentlər qarşısında çıxış etdi - VİDEO

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və müxtəlif dünya liderləri tədbirdə iştirak ediblər.

Açılış mərasimində xüsusi qonaq kimi Roza Zərgərli də səhnə alıb. O, 51 minlik Bişkek Stadionunda meqahiti “İstədim” mahnısını səsləndirib.

Qeyd edək ki, Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir.
Bu tədbir köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR