İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğurladığı qızılları sataraq özünə maşın aldı

Kürdəmir rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 7 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Nazir Qasımov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin həmin qızılları paytaxt ərazisində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı məntəqələrinin birində satdığı və əldə etdiyi pullarla avtomobil aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR