Onlayn ictimai-siyasi qəzet
Ermənistan rəhbərliyi ölkənin Rusiyadakı yeni diplomatik nümayəndəliyinin başçısı namizədliyini müəyyənləşdirib.
Musavat.com xəbər verir ki, Ermənistanın "Hraparak" nəşrinin yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyan Moskvadakı səfir vəzifəsinə 67 yaşlı təcrübəli diplomat Samvel Mkrtçyanın namizədliyini irəli sürüb.
Məlumata əsasən, diplomatik karerasının böyük hissəsini Avropa ölkələrində keçirən Mkrtçyan 2004–2010-cu illərdə Ermənistanın NATO yanındakı missiyasına rəhbərlik edib, 2018–2023-cü illərdə isə ölkəsinin Polşadakı səfiri vəzifəsində çalışıb.
Hazırda onun təyinatı ilə bağlı etibarnamələrin göndərilməsi və Rusiyadan aqreman (rəsmi razılıq) alınması üçün sənədləşmə prosesinin son mərhələdə olduğu bildirilir. Qeyd edək ki, avqustun 21-də Paşinyanın qərarı ilə Ermənistanın Rusiyadakı əvvəlki səfiri Qurgen Arsenyan geri çağırılmışdı.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ