Onlayn ictimai-siyasi qəzet
Meqastar Tarkanın yanvarın 16-da start götürən konsertləri Türkiyənin ən tanınmış simalarını bir araya gətirməyə davam edir.
Musavat.com-un xəbərinə görə, günlər öncədən biletləri tükənən, hətta qara bazarda qiymətləri 40 min lirəyə qədər yüksələn (təxminən 1563 manat) konsertlərə Türkiyənin ən varlı qadınları sırasında yer alan Gülər Sabancı da qatılıb.
O, yanvarın 30-da Tarkanın konsertini canlı izləyib. Gülər Sabancı konsertdən olan kadrları sosial media hesabında paylaşaraq Tarkan haqqında xoş sözlərini bölüşüb. Sabancı paylaşımında yazıb:
“Tarkan… Möhtəşəm bir konsert və ürəkdən gələn inanılmaz zəhmət var… Yaxşı ki, var”.
Gülər Sabancının konsert zamanı taxdığı üzərində “Tarkan” yazısı olan bandana isə sosial mediada qısa müddətdə diqqət çəkib.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ