Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana növbəti dəfə kəskin xəbərdarlıq edərək, Afinanı Egey dənizindəki hərbsizləşdirilmiş statusa malik adaların silahlandırılması siyasətindən əl çəkməyə çağırıb.
Musavat.com xəbər verir ki, Türkiyə lideri rəsmi Afinanın beynəlxalq müqavilələri pozan addımlarını tənqid edərək iki ölkə arasındakı gərginliyə toxunub.
"Görünən odur ki, Yunanıstan bunu bir dəfəlik anlamalıdır: Türkiyənin heç kəsin torpağında, suveren ərazisində gözü yoxdur, lakin biz heç kimə də öz haqq və hüquqlarımızı tapdalamağa icazə verməyəcəyik. Yunanıstan qədəm qoyduğu bu yanlış yoldan dərhal qayıtmalı və hərbsizləşdirilmiş statusa malik adaları silahlandırmaqdan imtina etməlidir. Unutmasınlar ki, tarix dərs almaq istəyənlər üçün ən yaxşı müəllimdir", – deyə Türkiyə Prezidenti bəyan edib.
Ərdoğanın bu bəyanatı Egey dənizi və Şərqi Aralıq dənizində təhlükəsizlik müzakirələrinin yenidən qızışdığı bir vaxta təsadüf edir.
Musavat.com
03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ