Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Ali Məhkəməsində Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Musavat.com xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Görüş zamanı Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, məhkəmə fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi genişləndirilir, ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bununla yanaşı, qanunvericilik bazasının müasir çağırışlara uyğunlaşdırılması və davamlı şəkildə təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Tərəflər məhkəmə-hüquq sahəsində Azərbaycan və Çin arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər. Qarşılıqlı təcrübə və məlumat mübadiləsinin təşviqi, eləcə də hər iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Çinli nümayəndə Azərbaycanda məhkəmə-hüquq sisteminin inkişafı və islahatların həyata keçirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. Görüşdə, həmçinin məhkəmə-hüquq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Musavat.com
03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ