İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranın Çin nəfəsliyini kəsməyə çalışır – ŞOK DETALLAR

Vaşinqton ABŞ-nin İrana qarşı sanksiyaları ilə bağlı məsələlərdə Moskva və Pekinlə məsləhətləşmələr aparıb.

Bunu jurnalistlərə ABŞ maliyyə naziri Skott Bessent deyib.

“Bu barədə Rusiya və Çinlə çox sakit söhbətlər apardıq və düşünürəm ki, bu dialoqu davam etdirə bilərik”, - o qeyd edib.

Bessent məsləhətləşmələrin mahiyyətini dəqiqləşdirməyib.

Bu cür məsləhətləşmələrlə ABŞ Çini İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşmağa çalışır? Çin ABŞ-nin İrana qarşı sanksiyalarına qoşularmı?

MESİYEV.jpg (407 KB)

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, ABŞ Çini İran məsələsində öz sanksiya siyasətinə müəyyən dərəcədə cəlb etməyə çalışır. Lakin Çinin ABŞ sanksiyalarına tam qoşulması çox aşağı ehtimallıdır və hətta mümkün görümür:

“Bu məsləhətləşmələrin əsas məqsədlərindən biri məhz Çinin İrana qarşı ABŞ sanksiyalarının təsirini azaltmamasına nail olmaqdır. Məsləhətləşmələr Vaşinqtonun Pekini müəyyən sahələrdə əməkdaşlığa və ən azı sanksiyaları pozan fəaliyyətlərə məhdudiyyət qoymağa razı salmaq cəhdi kimi görünür. ABŞ hazırda İranın iqtisadi damarlarını, xüsusilə neft ixracını, bank sistemini və xarici maliyyə kanallarını hədəfə alıb. Bessentin açıqlamasında Çinlə İranın nüvə silahına malik olmasının qarşısının alınması və Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi məsələlərində ortaq maraqların olduğunu bildirməsi də bunu göstərir. Daha real variant odur ki, Pekin nüvə silahı, Hörmüzün açıq saxlanılması və müəyyən hərbi kanalların məhdudlaşdırılması kimi məsələlərdə Vaşinqtonla əməkdaşlıq etsin, amma İranla enerji və ticarət əlaqələrini tam kəsməsin. Hazırkı vəziyyətdə Çinin davranışı ABŞ-İran qarşıdurmasının taleyini müəyyən edən əsas amillərdən birinə çevrilib”.

Ekspert deyib ki, hazırda İran neftinin böyük hissəsinin əsas alıcısı məhz Çindir, ABŞ-nin məqsədi Çinin İrandan neft alışını azaltmaq, İranla maliyyə əməliyyatlarında iştirak edən Çin banklarına təzyiq göstərmək, Çinin İranın sanksiyalardan yayınmasına imkan verən “kölgə” maliyyə və logistika şəbəkələrini bağlamasına nail olmaqdır:

“Danışıqların daha çox bunun üçün aparıldığı ehtimalı yüksəkdir. Çin İranın iqtisadi həyat xəttidir. İran neftinin əsas bazarı Çindir. Buna görə də Vaşinqtonda anlayırlar ki, Çin tam şəkildə ABŞ sanksiyalarına qoşularsa, Tehranın iqtisadi vəziyyəti kəskin pisləşə bilər. ABŞ məhz bu mexanizmdən istifadə edərək İranı danışıqlara məcbur etmək istəyir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR