İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qadını zorlayaraq öldürməkda ittiham olunanlara ağır cəza istənilib

12 il əvvəl Rusiyada zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirlqndirilənlərin hər ikisi ayrı-ayrılıqda 15 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib .

Müdafiə tərəfi çıxışa hazır olmadıqlarından növbəti proses sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki,hadisə 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan respublikası ərazisində baş verib.Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə müəyyən edilib ki,təqsirləndirilən şəxslər Azaliya Aslanovanı qətlə yetirməmiş ona qarşı cinsi zorakılıq tətbiq edərək onu zorllayıblar.Onlar qadını qətlə yetirdikdən sonra törətdikləri cinayətin izini itirmək məqsədi ilə meyiti əvvəlcədən qazdıqları quyuda basdırıblar.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib./Unikal/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR