İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedevdən Almaniyaya dəhşətli hədə: "Berlinə və hərbi zavodlara birbaşa zərbələr endirilməlidir"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniyanın Leypsiq hava limanına edilən hücumda Moskvanı ittiham etməsindən sonra Berlinə və Avropa liderlərinə qarşı növbəti kəskin hədə bəyanatları ilə çıxış edib.

Musavat.com xəbər verir ki, rusiyalı rəsmi Almaniyanın Kiyev rejimini silahlandırmasına reaksiya verərək, bu ölkənin birbaşa hərbi zərbələrə layiq olduğunu iddia edib.

"Almaniya banderçi klik üçün hərbi texnika istehsal edən bütün hərbi müəssisələrinə birbaşa zərbə endirilməsinə tam layiqdir. Hətta böyük ehtimalla, Berlinin bəzi digər strateji nöqtələrinə də zərbələr vurula bilər", – deyə Medvedev öz sosial şəbəkə hesabında yazıb.

Bununla yanaşı, Təhlükəsizlik Şurasının sədr müavini Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya aeroportlarına qarşı təhdidlərinə istinad edərək, Qərb ölkələrinin rəhbərlərini "terror sponsorları" adlandırıb və onları birbaşa hədəf almaqla hədələyib. Medvedev xüsusilə vurğulayıb: "Hazırda bu terror sponsorları Qərb ölkələrinin, ilk növbədə Avropanın rəhbərləridir. Onlar isə tez-tez qatarla Kiyevə səfər edirlər".

Moskva rəsmisinin bu açıqlamaları Avropa İttifaqı və NATO ölkələri ilə Rusiya arasında diplomatik gərginliyi daha da kəskinləşdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR