İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada daxili bazar yenidən bölünür: "Rolf"un sahibi neft bazalarını və YDM şəbəkələrini satın alır

Rusiya Prezidenti Vladimir Putinin mühafizə xidmətinin rəhbərinin yaxın dostu və "Rolf" avtodiler şirkətinin sahibi Umar Kremlyov (Lütfulloyev) ölkədə yaşanan yanacaq böhranı fonunda neft-yanacaq sektorundakı aktivlərini genişləndirməyə başlayıb.

Musavat.com xəbər verir ki, avqustun sonunda onun nəzarətində olan "Beynəlxalq İnvestisiya Qrupu" (MİQ) Çelyabinskin "Urban" və "Oilqrupp" şirkətlərində 50 faizlik pay satın alıb. Bu barədə "Kommersant" qəzeti hüquqi şəxslərin vahid dövlət reyestrinin (EGRYUL) yenilənmiş məlumatlarına istinadən xəbər verib.

Məlumata görə, "Urban" firması yerli neft bazasını idarə edir, "Oilqrupp" isə neft məhsullarının topdansatışı və daşınması üzrə ixtisaslaşıb. Jurnalistlərin araşdırmasına əsasən, bu aktivlər Uralda, həmçinin Moskva və Kaluqa vilayətlərində fəaliyyət göstərən aparıcı YDM operatorlarından biri olan "Tamic Energy" şəbəkəsi ilə sıx bağlıdır.

Şəbəkənin tərkibinə 100-dən çox yanacaqdoldurma stansiyası və şəxsi benzindaşıyan maşın parkı daxildir. MİQ qrupunun nümayəndələri hər iki şirkətin kapitalına daxil olduqlarını təsdiqləsələr də, müqavilələrin maliyyə təfərrüatlarını açıqlamaqdan imtina ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR