İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı ekspertdən Paşinyanın Aİ kursu ilə bağlı sərt proqnoz

Rusiyada Ermənistanın yenidən əvvəlki Avrasiya inteqrasiyası kursuna qayıdacağına artıq ümid etmirlər.

Musavat.com xəbər verir ki, bunu rusiyalı tarixçi və jurnalistModest Kolerov Vladimir Putinlə Nikol Paşinyanın Bişkek görüşünü şərh edərkən deyib.

“Bunu unudun. Bu, heç vaxt olmayacaq. Ermənistan geri qayıtmayacaq. Paşinyanın Ermənistanı öz ‘Avropa’ yolunu sona qədər gedəcək”, – deyə Kolerov bildirib.

Onun fikrincə, Ermənistan hakimiyyətinin Avropaya inteqrasiya siyasəti görüntü və ya süni şəkildə yaradılmış gündəm deyil, real siyasi kursdur.

Kolerov Moskvanın buna münasibətinin getdikcə daha praqmatik xarakter aldığını iddia edib. Onun sözlərinə görə, Rusiya Avrasiya İqtisadi İttifaqı vasitəsilə Ermənistan iqtisadiyyatına dəstək verir, ölkənin enerji təminatında mühüm rol oynayır və təhlükəsizlik sahəsində də donor funksiyasını yerinə yetirir.

Rusiyalı ekspert hesab edir ki, Ermənistanın siyasi kursu dəyişdiyi halda Moskvanın İrəvana əvvəlki münasibəti saxlaması üçün əsas qalmır.

Kolerov bu kontekstdə Ermənistanla Belarus arasında müqayisə də aparıb. Onun fikrincə, Belarusun Rusiya ilə ümumi sərhədi var və Moskvanın qərb istiqamətində təhlükəsizliyində xüsusi rol oynayır. Ermənistanın vəziyyəti isə fərqlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR