Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda baş tutacaq görüşünün sonunda birgə bəyannamə imzalanacağı gözlənilir.
Musavat.com xəbər verir ki, bu sənədin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanması planlaşdırılır.
Mənbələrin məlumatına görə, sənəddə tərəflərin ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi olaraq son qoyulması üçün qurumun baş katibinə birgə müraciət etməsi razılaşdırılır. Bundan əlavə, Ermənistan Konstitusiyasına dəyişikliklərin vacibliyi vurğulanır – bu dəyişikliklər Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş iddiaların hüquqi əsaslarını aradan qaldırmalıdır.
![]()
Ən diqqətçəkən məqam isə Zəngəzur dəhlizinin sənəddə ayrıca qeyd edilməsidir. Belə ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması hüququ bəyannamədə rəsmən təsbit olunacaq.
Bu, Cənubi Qafqazda geosiyasi balansın dəyişməsi və Azərbaycanın strateji hədəfinin beynəlxalq səviyyədə tanınması kimi qiymətləndirilir.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ