İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Qonşu ölkədə 5 dəqiqədə 2 güclü zəlzələ...

İranın Kirmanşah əyalətində ard-arda iki güclü zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, yerli KİV-in yaydığı məlumata görə, ilk yeraltı təkan Kozran bölgəsində 5,2 bal gücündə olub. Təxminən 5 dəqiqə sonra isə eyni ərazidə bu dəfə 5,7 bal gücündə ikinci zəlzələ baş verib.

Hazırda təbii fəlakət nəticəsində dağıntılar və ya insan tələfatı barədə rəsmi məlumat açıqlanmayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən ərazidə vəziyyətin qiymətləndirilməsi davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR