Onlayn ictimai-siyasi qəzet
Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başlayıb. “Sky News“ telekanalının müxbiri Salli Lokvud məlumat verib. Bu, müharibə başlayandan bəri Ukrayna, ABŞ və Rusiya arasında ilk birbaşa üçtərəfli sülh danışıqlarıdır.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına görə, danışıqlar qrupuna Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş idarəsinin rəisi İqor Kostyukov rəhbərlik edəcək və nümayəndə heyətinə Müdafiə Nazirliyinin əsas qərarverici fiqurları daxildir.
Ukrayna prezidenti Volodimir Zelenski isə deyib ki, Əbu-Dabiyə tam tərkibdə, dövlətin siyasi və hərbi qərar mexanizmini təmsil edən yüksək səviyyəli nümayəndə heyəti göndərib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Əli Mustafa ilə müzakirə edir.
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ