Onlayn ictimai-siyasi qəzet
ABŞ Silahlı Qüvvələri Hörmüz boğazıda İrana məxsus hədəflərə zərbələr endirir.
Musavat.com xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasındakı mənbələrə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələri Hörmüz boğazı bölgəsində İran hədəflərinə zərbələr endirir.
"Press TV" telekanalı isə öz növbəsində İranın Qeşm adasında və Hörmüz boğazıda bir neçə partlayışın baş verdiyini bildirib.
Məlumata görə, bir neçə dəqiqə əvvəl Qeşm adasında təxminən beş partlayış qeydə alınıb, daha dörd partlayış səsi isə boğazın akvatoriyasında eşidilib.
"Al-Arabiya" telekanalının amerikalı rəsmi şəxsə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar İranın cənubundakı Bəndər-Abbas liman şəhərindəki obyektlərə dəqiq zərbələr endirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, Amerika qoşunları "İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib".
Komandanlıq əlavə edib ki, bu addım SEPAH-ın son vaxtlar Hörmüz boğazında kommersiya gəmilərinə və regiondakı ABŞ hərbçilərinə qarşı hücum cəhdlərindən sonra atılıb.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ