İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmərqənd ziyarəti – möhtəşəm yüzillərin dəyərli mirasları

"İslam Sivilizasiyası: Yeni baxışlar - Yeni Kəşflər" beynəlxalq media forumunun iştirakçıları dünən Daşkənddən Səmərqənd şəhərinə gəliblər.

Musavat.com-əməkdaşı xəbər verir ki, Səmırqəndin dəmiryol vağzalında qonaqlar böyük təntənə ilə, canlı milli musiqinin sədaları altında, məşhur “duz-çörəklə qarşılanma” adətinə uyğun olaraq kişmiş və digər şirniyyat növləri ilə qarşılanıblar.

samar-2.jpg (175 KB)

Qeyd edək ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəmizin zəngin tarixi və mədəni irsinin qorunmasına, ulu əcdadların elmi və mənəvi irsinin dərindən öyrənilməsinə və beynəlxalq miqyasda geniş təbliğinə böyük diqqət yetirir. Mediaforum çərçivəsində Səmərqənd şəhərinə səfər həm də bu nəcib məqsədlərin xarici media nümayəndələrinə və mütəxəssislərə geniş şəkildə nümayiş etdirilməsinə xidmət edir.

Qonaqlar əsrlər boyu formalaşmış Səmərqəndin unikal tarixi və elmi mühiti ilə tanış olublar. Səfər proqramına İmam Buxari kompleksi və Hədis məktəbi, Guri Əmir, Bibi Xanım, Registan meydanı, Uluqbəy rəsədxanası və digər tarixi yerlər daxil olub.

Xüsusilə, İmam Buxari kompleksi və Hədis məktəbinə səfər zamanı iştirakçılar böyük hədis aliminin elmi və mənəvi irsi və Transoksiana alimlərinin hədis elminin inkişafındakı rolu haqqında məlumat əldə ediblər. Bir neçə dildə sərbəst danışan bələdçil gənclər qonaqlara müfəssəl məlumatlar veriblər

d3b4ca7a-148c-42eb-bd15-5b15a58eda39.jpeg (89 KB)

Registan və Uluqbəy rəsədxanası ziyarətçilərə Teymurilər dövründə elm, təhsil, memarlıq və mədəniyyətin yüksək inkişafını əyani şəkildə nümayiş etdirib və qonaqlar gördükləri mənzərələr heyran qalıbla.

Səmərqənddə keçirilənbu mədəni-maarif proqramı xarici jurnalistlərə və mütəxəssislərə Özbəkistanın zəngin tarixi irsini birbaşa görməyə, böyük alim və mütəfəkkirlərin qoyub getdiyi elmi xəzinə ilə tanış olmağa və ölkəmizin sivilizasiyaların inkişafına verdiyi töhfəni beynəlxalq auditoriyaya geniş şəkildə təbliğ etməyə imkan verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR