İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkənin sərhəd qapısı xəritədən silindi - ŞOK

Nepalda buzlaqdan qopan buz və qaya parçalarının səbəb olduğu dağıdıcı sel yüzlərlə insanın həyatına son qoyub. Güclü sel suları və palçıq kütləsi Çinlə Nepal arasındakı strateji sərhəd-keçid məntəqəsini tamamilə dağıdıb.

Musavat.com xəbər verir ki, Çin və Nepalı birləşdirən strateji Rasuwagadhi sərhəd-keçid məntəqəsi yüksək dağlıq ərazidə baş verən nəhəng buzlaq qopmasından sonra böyük dağıntıya məruz qalıb. Buzlaqdan qopan kütlənin çay yatağına düşməsi nəticəsində buz, qaya və palçıqdan ibarət güclü sel yaranıb.

Sel vadidə hərəkət edərək qarşısına çıxan infrastrukturu dağıdıb. İki ölkə arasındakı keçidin gömrük binaları və digər sərhəd infrastrukturu saniyələr ərzində sel və dağıntıların altında qalıb.

Buzlaq qopması və ardınca baş verən sel fəlakəti nəticəsində 460-dan çox insanın öldüyü, 1 000-dən çox şəxsin isə itkin düşdüyü bildirilir.

Sərhəd-keçid məntəqəsində çalışan əməkdaşlar, gömrükdə gözləyən yük maşını sürücüləri və ətraf ərazilərdə yaşayan insanlar qəfil başlayan fəlakət qarşısında qaçmağa imkan tapmayıb.

Bölgənin yüksək dağlıq relyefi və buzlaq hərəkətliliyi axtarış-xilasetmə əməliyyatlarını daha da təhlükəli vəziyyətə gətirib. Ərazidə yeni buzlaq qopmaları və sürüşmələr ehtimalı olduğundan xilasedicilər böyük risklə üz-üzədir.

Fəlakət nəticəsində vadinin və çay yatağının quruluşunun da əhəmiyyətli dərəcədə dəyişdiyi bildirilir. Nəticədə Çinlə Nepal arasındakı fiziki sərhəd xəttində mühüm keçid məntəqəsi faktiki olaraq tamamilə sıradan çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR