İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərdə "bal festivalı" keçiriləcək

Sentyabrın 12-də Kəlbəcər şəhərində “Kəlbəcər Bal Festivalı 2026” keçiriləcək.

Musavat.com xəbər verir ki, Bal Festivalının ötən il Kəlbəcərdə keçirilən ilk Bal Festivalından daha da yüksək səviyyədə, daha çox iştirakçının qatılması ilə reallaşdırılması üçün ciddi hazırlıq işləri aparılır.


Picture background

Tədbirin keçirilməsində əsas məqsəd Kəlbəcər balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin, Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.

Qeyd edək ki, ötən ili sentyabrın 24-də Kəlbəcər şəhərində ilk “Kəlbəcər Bal Festivalı 2025” keçirilib. Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə, IDEA İctimai Birliyinin, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilmişdi.
Festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, Respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 37 arıçı fermer iştirak etmişdi.

“Kəlbəcər Bal Festivalı 2026”da iştirakçı arıçı fermerlərinin sayının daha çox olacağı gözlənilir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR