Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Baş naziri Corca Meloni Birləşmiş Ştatlar və Rusiya arasında Rusiya dizel yanacağının tədarükünə dair əldə edilən razılaşmaya qarşı kəskin etirazını bildirib.
Musavat.com xəbər verir ki, İtaliya hökumətinin rəhbəri bu addımın ciddi risklər yaratdığını və Qərbin indiyədək yürütdüyü vahid sanksiya siyasətinə zidd olduğunu vurğulayıb.
Meloni öz bəyanatında bildirib: "Bu qərarın nəticələri şübhə doğurur, risklər isə göz qabağındadır: Rusiya bombaları Ukrayna şəhərlərinə yağmağa davam etdiyi bir vaxtda Moskvanı leqallaşdırmaq, onun müharibəsini maliyyələşdirmək və sanksiyaları zəiflətmək. Bu hallar Putini danışıqlar masasına əyləşdirmək üçün Qərb ölkələrinin, o cümlədən ABŞ-nin indiyədək atdığı addımlarla tamamilə ziddiyyət təşkil edir".
İtaliyanın Baş naziri Ukraynaya hərbi və siyasi dəstəyin vacibliyini xüsusi qeyd edərək əlavə edib: "Ukraynanı dəstəkləmək sülhün alternativi deyil. Məhz bu dəstək sülhü mümkün edir. Çünki təcavüzkar tərəf qarşı tərəfin təslim olmasına nail ola bilərsə, onda niyə ümumiyyətlə danışıqlar aparmalıdır? Əgər Ukrayna sabah müdafiə olunmağı dayandırsa — bir çoxlarının ümid etdiyi və təklif etdiyi kimi — sülh bərqərar olmayacaq. Biz sadəcə Avropa ölkəsinin işğalını və Avropanın yarım əsr ərzində qarşılaşdığı Sovet tipli imperialist siyasətin qayıdışını müzakirə etməli olacağıq".
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ