İnsanlara hürriyət, millətlərə istiqlal!

Reper Tupak Şakurun qatilinə ömürlük həbs cəzası verilib

ABŞ məhkəməsi reper Tupak Şakurun qətlini təşkil etməkdə günahkar bilinən 63 yaşlı Dueyn Devisə ömürlük həbs cəzası verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hökm 13 oktyabrda hakim Karlİ Kirni tərəfindən çıxarılıb. Gələcəkdə onun azadlığa buraxılması məsələsinə baxılarkən məhkəmə Devisin artıq həbsdə keçirdiyi 731 günü nəzərə alacaq. Lakin şərti azadlığa buraxılmaq üçün Devis 40 il həbsdə qalmalıdır.

İttiham tərəfinin sözlərinə görə, Devis 1996-cı ildə musiqiçinin ətrafı ilə qardaşı oğlu Orlando Anderson arasında olmuş münaqişə səbəbindən reperə hücum təşkil edib. Devis Şakuru şəxsən güllələməkdə ittiham olunmayıb.

Musiqiçi prodüser Marion Naytla birlikdə maşında olarkən güllələnib və altı gün sonra 25 yaşında vəfat edib.

Qətl istintaqı təxminən otuz il davam edib. Devisin cinayətdə iştirakı ilə bağlı müsahibələrdə, sənədli filmlərdə və podkastlarda verdiyi məlumatlar işdə mühüm rol oynayıb. 2019-cu ildə o, hadisələrə dair öz versiyasını əks etdirən bir xatirə də nəşr edib. Devis reperin qətlində ittiham olunan yeganə şəxs olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR