İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid xanımları tələbə adını qazandı – SİYAHI 

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olanlar arasında şəhidlərin həyat yoldaşları da var.

Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, bir sıra şəhid xanımları builki qəbul imtahanlarının nəticələrinə əsasən tələbə adını qazanıblar.

Musavat.com ali məktəblərə qəbul olan şəhid xanımlarının siyahısını təqdim edir:

Vətən müharibəsi qəhrəmanı, baş gizir Camal İsmayılovun xanımı Fatimə İsmayılova – Odlar Yurdu Universiteti, “Turizm işinin təşkili” ixtisası;

Şəhid leytenant Elcan Məmmədovun xanımı Gülnarə Məmmədova – Qərbi Kaspi Universiteti, “Biznesin idarə edilməsi” ixtisası;

Şəhid baş leytenant Elməddin Nəsibovun xanımı Gülnar Nəsibova – Azərbaycan Kooperasiya Universiteti, “Biznesin idarə edilməsi” ixtisası;

Şəhid baş leytenant Emin Mahmudovun xanımı Aytac Mahmudova – Azərbaycan Kooperasiya Universiteti, “Maliyyə” ixtisası;

Şəhid kapitan Rəşad Əliyevin xanımı Rəfiqə Əliyeva – Azərbaycan Kooperasiya Universiteti, “İqtisadiyyat” ixtisası;

Şəhid kapitan Hikmət Hacıyevin xanımı Rühanə Hüseynova – Lənkəran Dövlət Universiteti, “Marketinq” ixtisası.

tələbə.jpg (192 KB)

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR