Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Türkiyənin Şimali Atlantika Alyansındakı strateji rolunu yüksək qiymətləndirərək, bu ölkənin alyansın cənub-şərq cinahını təhlükəsizlik altında saxladığını bildirib.
Musavat.com xəbər verir ki, amerikalı diplomat Türkiyənin hərbi qüdrətini və müdafiə sənayesini NATO üçün həyati əhəmiyyətli faktor adlandırıb.
"Türkiyə güclü və qadir bir müttəfiqdir. Onlar Birləşmiş Ştatlardan sonra NATO-da ikinci ən böyük orduya malikdirlər. Türkiyə alyans ərazisinin cənub-şərqində çox mühüm bir bölgəni nəzarətdə saxlayır. Bundan əlavə, onların gəmilər, sursatlar və NATO müttəfiqləri üçün lazım olan hər şeyi istehsal etməyə qadir olan çox inkişaf etmiş müdafiə sənayesi var. Türkiyə möhtəşəm bir müttəfiq və yaxşı dostdur, onlar burada, NATO-da çox fəal çalışırlar. Bizim Türkiyədə əla səfirimiz var və həqiqətən hesab edirəm ki, hər şey yoluna düşüb. Lakin ən əsası, şübhəsiz ki, Prezident Tramp ilə Prezident Ərdoğan arasında formalaşan şəxsi münasibətlərdir", – deyə Metyu Uitaker vurğulayıb.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ