İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə meşə yanğını: Otellər və yaşayış binaları boşaldılır - VIDEO

Türkiyənin Fəthiyə kurortunda dəhşətli meşə yanğını: Alov otellərə çatdı, təxliyə başladı

Musavat.com xəbər verir ki, Türkiyənin məşhur turizm mərkəzlərindən biri olan Fəthiyə şəhərinin mərkəzində dəhşətli meşə yanğını başlayıb. Alovun xarici turistlərin məskunlaşdığı otellərdən və yaşayış binalarından cəmi 300 metr məsafəyə qədər yaxınlaşdığı bildirilir.

Hadisə yerindən verilən məlumatlara görə, yanğın yerli vaxtla saat 19:30 radələrində qeydə alınıb. Güclü küləyin də təsiri ilə alov qısa müddətdə Çalış rayonu ərazisindəki meşə zolağı boyunca sürətlə yayılmağa başlayıb. Yarana biləcək təhlükəli vəziyyətlə əlaqədar yanğın zonasına yaxın olan otellərdən və yaşayış binalarından insanların təxliyə edilməsinə start verilib.

Alovun yaşayış massivlərinə doğru irəliləməsinin qarşısını almaq üçün Türkiyənin fövqəladə hallar və yanğından mühafizə xidmətləri bütün qüvvələrini əraziyə səfərbər edib.

Qeyd edək ki, Fəthiyə şəhəri turistlərin sıxlıq təşkil etdiyi Ölüdəniz, Hisarönü, Ovacıq və Göcek kimi məşhur kurort zonalarının dərhal yaxınlığında yerləşir.

@@/TVmusavat/153986@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR